Rövşanə Ağasəfqızı ilə Aləmzar Sadiqqızı arasında gərginlik baş verib
Tacxeber.com Milli.az-a istinadla xəbər verir ki, ARB TV-nin “Günə Son” verilişində AYB üzvlərinin mənzil təminatı ilə bağlı müzakirələrdə şairə siyahının ədalətsiz tərtib olunduğunu bildirib. Lakin Rövşanə Ağasəfqızı sərt şəkildə Aləmzar Sadiqqızını və imzasını tanımadığını deyib:
“Məni tanıyanlar bilir ki, mütaliəyə söykənən baza danışığım var, cox təəsüf edirəm ki, xanımı tanımıram və kitablarını oxumamisam. Ədəbiyyat siyahısında olmayanlar ev siyahısında adlarını axtarır. Nəyə görə sənə ev verilməlidir?”