• 24 Noyabr 2024 01:20

Əhali bu bankdakı pullarını geri çəkir – Niyə ?

“Bank BTB”-nin depozit portfeli ötən ilin sonu ilə müqayisədə 4 milyon 703 min manat azalaraq 11 milyon 960 min manata düşüb.

Bu azalmada əsas pay hüquqi şəxslərin payına düşüb. Belə ki, biznesmenlər bankdakı pullarının 4 milyon 638 min manatını geri çəkərək 5 milyon 946 min manata endirib. Bununla yanaşı fiziki şəxslər də 66 min manatlıq depozitlərini götürərək sözügedən əmanətlərin həcmini 6 milyon 13 min manata salıb. Buna baxmayaraq bankın öhdəliklər cəmi 3 milyon 391 min manat artaraq 327 milyon 537 min manata yüksəlib. (Kommersant)

Tacxeber.com

Oxşar xəbərlər