• 23 Noyabr 2024 21:17

Avstraliyalı uzunömürlü qadından 100 il yaşamaq üçün 5 məsləhət.

102 yaşlı Canet Qibbsin özünün və həkimlərinin deməsinə görə özünü çox yaxşı hiss edir. 

Uzunömürlü qadın hesab edir ki, nikbin ovqat ona uzun ömür yaşamağa müvəffəq olmasının səbəblərindən biridir.

Bu barədə “incrussia.ru” nəşri yazıb.

Qibbs ömrünün çox hissəsini Avstraliyada keçirib. Lakin bu zaman o, uzunömürlülərlə bir çox vərdişlərini bölüşür. O, sağlam qidalanır, özünün gün nizamına fiziki hərəkətləri daxil edir və əsəbiləşməkdənsə zamanının çox hissəsini dostları və ailəsi ilə keçirir.

Qibbs 1921-ci ilin noyabrında Yeni Zelandiyada anadan olub, sonradan 3 yaşında Avstraliyaya köçüb.

Ötən əsrdə o, təxminən 50 il qolf oynayıb, tibb bacısı işləyib, üç oğul böyüdüb.

Qibbs bütün dünyanı dolaşaraq Böyük Britaniyaya köçüb və yenidən Avstraliyaya qayıdıb.

Hazırda qocalar evində yaşayır və uzunömürlülər Klubunun üzvüdür, burada tədbirlər keçirilir və yaşı 100-dən çox olanların tarixçəsi yazılır.

Canetdən 5 məsləhət:

 

Sadəcə, xoşbəxt olun

 Canet Qibbs deyir ki, uzun və sağlam ömür yaşamaq istəyən insanlara başlıca məsləhəti “sadəcə, xoşbəxt olmaqdır”.

Bu, sadə səslənsə də, tədqiqatlar göstərib ki, bizi xoşbəxt edən şeylər, məsələn, dolğun münasibətlər sağlamlıq və uzunömürlülük üçün faydalı ola bilər.

İdmanla məşğul olun

 Qibbs deyir ki, fiziki məşğələlər çox vacibdir, o, hesab edir ki, hər kəs hər-hansı bir idman növü ilə məşğul olmalıdır. Əgər siz heç nə ilə məşğul olmursunuzsa, başlamaq heç vaxt gec deyil.

Qibbs 30 yaşında, ilk övladı dünyaya gələndən sonra qolf oynamağa başlayıb və 86 yaşınadək oynamaqda davam edib. O, həmçinin boulinq oynayır, lakin bunu indi edir, əvvəllər basketbol, xokkey və tennis oynamağı xoşlayıb.

Zamanınızı dostlarınızla keçirin

 Qibbs zamanının çox hissəsini dostları ilə, xüsusilə özündən 10 yaş balaca olan dostları ilə keçirir, onun fikrincə, onlar ona cavan qalmağa kömək edir.

Ən sevimli doğum günü dostları və ailəsi ilə keçirdiyi şam yeməyi olub. Bu, nəsə qeyri-adi bir şey olub, o, öz yaxınları ilə keçirdiyi zamanını çox dəyərləndirib.

Sağlam qidalanın

 Qibbs deyir ki, o, həmişə faydalı qida qəbul edib. Tədqiqatlar göstərib ki, sağlam qidalanma uzunömürlülüyün açarıdır.

Belə ki, məsələn, uzunömürlülülərin əksəriyyəti tərkibində yüksək miqdarda selüloza və karbohidratlar olan pəhrizə riayət edir.

Tərkibində çoxlu miqdarda o cümlədən tərəvəz və zeytun yağı olan Aralıq dənizi pəhrizi ən sağlam qidalanma üsuludur. Tədqiqatlar göstərib ki, belə pəhriz insan ömrünü 10 il uzada bilər.

Əqlinizi və bədəninizi fəal saxlayın

 “Fəal olun, bu, ən başlıcasıdır”, – Qibbs deyir, bu zaman təkcə bədəni deyil, ağılı da nəzərdə tutur.

O, həmişə beynini aktiv vəziyyətdə saxlamaq üçün kitab oxumağı xoşlayıb, ahıl yaşında isə iPad vasitəsilə audiokitablara keçib.

Fiziki aktivliyə gəldikdə, Qibbs deyir ki, hər gün bağda altı dəfə gəzir, üstəlik, məhəllədə gündəlik gəzintiyə çıxır.

Oktyabr ayında alimlər yaşlı adamlarda hobbi ilə psixi sağlamlığın yaxşılaşması arasında əlaqəni müəyyən edib.

Heç demə, xoşbəxtliyin səviyyəsini yüksəltmək üçün maraqlı məşğuliyyət tapmaq kifayətdir.

16 ölkədən 90 min nəfərin üzərində aparılan tədqiqatın nəticələri bunu sübut edib.  (Miderator)

 

Tacxeber.com

Oxşar xəbərlər