• 23 Noyabr 2024 06:23

Fransa faşistlər yetişdirir – Müsəlmanlara təzyiq pik həddə

 

Niderland krallığında parlament seçkilərində səslərin 98 faizi sayılıb. Bildirilib ki, ultrasağ yönlü Azadlıq Partiyası qalib gəlib. Azadlıq Partiyası parlamentdə 37 yer qazanıb. Bu exit-poll-un ehtimalından iki dəfə çoxdur. Azadlıq Partiyası hazırkından 20 yer artıq əldə edib. Məlumata görə, siyasi təşkilatın lideri Gert Vilders Ukraynaya silah tədarükünə qarşı çıxış ilə də tanınır.

1963-cü ildə dünyaya gələn Gert Vilders 1998-ci ildən bəri parlament üzvüdür. O, antiislam mövqeyi ilə seçilir. İslam ilə azadlığın eyni anda mümkün olmadığını dəfələrlə dilə gətirən siyasətçi çıxışları ilə daim müzakirələrə səbəb olub.

Bundan əlavə, Niderlandın Baş nazir postu kürdəsilli şəxsə həvalə edilə bilər. PKK tərəfdarı olan Dilan Yeşilgöz namizədliyini irəli sürüb. Dilan 1984-cü ildə terror təşkilatı PKK-nın yaraqlısı kimi Niderlanda qaçan Yücel Yeşilgözün qızıdır. Türkiyə əleyhinə çıxışları ilə gündəmə gələn Yeşilgöz 2018-ci ildə Niderlandda qondarma erməni soyqırımını tanıyan beş türkəsilli millət vəkilindən biridir.

Bu proseslər göstərir ki, bu ölkədə faşizm ənənələri artıq təhkükə həddinə çatır. Avropada faşistlərin və sağçıların güc toplaması və irəli çıxması vəziyyəti gərginləşdirir. Avropa ölkələrində milli və dini ayrıseçkiliyin, ksenofobiyanın, rasizmin güclənməsi, miqrantlara, müsəlmanlara qarşı güclü təzyiq dalğasının vüsət alması daha da genişləndirə bilər. Belə görünür ki, Avropa yeni faşizm dalğası yaranması ərəfəsindədir. Cəmiyyətlərin bunu dəstəkləməsi isə təəssüfləndirici haldır. Hamıya ədalət, qanunçuluq, dözümlülük dərsi keçən Avropa, xüsusilə Hollandiyanın indiki vəziyyəti əsl faciədir.

Bu proseslərin arxasında isə Fransa, xüsusən də Makron dayanır. Ermənistanı silahlandırmaqla Cənubi Qafqazdakı proseslərə müdaxilə etməyə çalışan Makron Avropa ölkələrinə də təsir etməyi bacarır. O, onsuz da islamafobiyanın, irqçiliyin geniş vüsət aldığı bu ölkələrdə bu məsələlərlə bağlı vəziyyəti gərginləşdirmək üçün əlindən gələni edir.

Tacxeber.com

Oxşar xəbərlər