“Böyük məmnuniyyətlə istəyərəm ki, mən öldükdən sonra nəşimi yandırıb, Xəzər dənizinə töksünlər”.
Tacxeber.com xəbər verir ki, bu sözləri ARB TV-də yayımlanan “Günə son” verilişində qonaq olan aparıcı Vüsal Məmmədov deyib.
O bildirib ki, öləndən sonra bir qarış torpaqdan yapışmağının mənası yoxdur:
“Hər insan öləndən sonra 3 kvadrat torpağı tutmağa davam etsə, tezliklə milyon kvadratlarla yer zəbt olunacaq. Bu da artıq dirilərə yer qalmamasına səbəb olacaq”.