• 20 Sentyabr 2024 14:46

“Bilmirik Azərbaycan sülh müqaviləsini imzalamaq istəyir, ya istəmir” – Paşinyan

“Bilmirik Azərbaycan sülh müqaviləsini imzalamaq istəyir, ya istəmir” - Paşinyan

Hazırda Azərbaycanın Ermənistanla 3 prinsip əsasında sülh müqaviləsi imzalamağa razı olub-olmaması hələ də bəlli deyil.

Tacxeber.com Armenian News-a istinadla xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan deyib.

O əlavə edib ki, danışıqlar zamanı bu 3 prinsip razılaşdırılıb və bu, mayın 14-də və iyulun 15-də keçirilən üçtərəfli görüşlərin (Mişel, Paşinyan, Əliyev) nəticələrində öz əksini tapıb:

“Bu prinsiplərdən birincisi Ermənistanın ərazisinin 29 800 kv/km və Azərbyacan ərazisinin 86.600 kv/km olduğunu başa düşərək, Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasıdır.

İkinci prinsip ondan ibarətdir ki, delimitasiya üçün əsas Almatı Bəyannaməsidir.

Ermənistan-Azərbaycanın sərhədlərini müəyyən etmək üçün SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1974-1990-cı illər xəritələrindən istifadə edilməlidir.

Üçüncü prinsip ondan ibarətdir ki, iki ölkə arasında kommunikasiyalar qarşılıqlılıq və bərabərlik prinsipi əsasında ölkələrin yurisdiksiyasına və suverenliyinə hörmətlə açılmalıdır.

Biz əminliklə deyə bilmərik ki, Azərbaycan bu 3 prinsipə əsaslanan sülh müqaviləsini imzalamaqdan imtina edir. Amma onu da deyə bilmərik ki, Azərbaycan bu 3 prinsipə sadiqliyini təsdiqləyir.

Danışıqlar zamanı bu məsələlərin aydınlaşdırılmasına ehtiyac var. Bildiyiniz kimi, yaxın gələcəkdə ən azı xəritələr və sərhədlərlə bağlı belə bir müzakirənin noyabrın 30-da sərhəd demarkasiyası komissiyalarının iclası formatında keçirilməsi nəzərdə tutulur. Müzakirələrdən Azərbaycanın bu prinsiplər əsasında danışıqlara hazır olması və ya bu prinsiplərdən imtina etməsi ilə bağlı nəticə çıxaracağıq.

Faktlar ondan ibarətdir ki, bizdə hələ də belə bir inam yoxdur. Baxmayaraq ki, Azərbaycan bəyanat verib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır. Amma onların Ermənistan Respublikasının ərazi bütövlüyü dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirmək lazımdır. Bu məsələlərin aydınlaşdırılması qarşıdakı danışıqlar proseslərinin əsas vəzifəsidir”.

Tacxeber.com

Oxşar xəbərlər