Hindistanın təşkil etdiyi və onlayn keçirilən G-20 Liderlər Zirvəsinə qatılan Rusiya prezidenti Vladimir Putin 24 fevral 2022-ci ildə başladığı və bütün dünyaya 1,6 trilyon dollara başa gələn Ukrayna müharibəsinə son qoya biləcəyinə işarə edib.
Rusiya prezidenti Vladimir Putin 24 fevral 2022-ci ildə başladığı Ukrayna müharibəsinin sona çatdığına dair ilk siqnalı verib. Hindistanın təşkil etdiyi və çərşənbə axşamı onlayn keçirilən G-20 Liderlər Zirvəsinə qatılan Putin Moskvanın Ukraynadakı müharibəni bitirməyə hazır olduğunu bəyan edib.
Putin Ukrayna müharibəsi haqqında deyib: “Hərbi hərəkətlər həmişə faciədir. Və təbii ki, biz bu faciəni necə dayandırmaq barədə düşünməliyik. Bu arada, Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarını rədd etməyib”.
Putin müharibənin davam etməsində Ukrayna lideri Vladimir Zelenskini günahlandırsa da, Britaniyanın BBC Televiziyası çıxışını “Putin dünya liderlərini müharibəni bitirmək üçün strategiya hazırlamağa təşviq etmək istəyir” kimi şərh edib.
Bütün dünyada qida böhranı yaradan, yaşayış və enerji xərclərini artıran müharibənin bütün dünyaya 1,6 trilyon dollara başa gəldiyi bildirilir. Ukrayna Müharibəsinin bütün dünya üçün nəticələri bunlardır: 2023-cü ilin yanvarına olan məlumata görə, aşağı gəlirli və aşağı-orta gəlirli ölkələr Ukraynadan taxıl ixracının 20 faizindən azını alıb. (Kommersant)