2024-cü ildə yeni Rusiya formalaşacaq yeni hökumətdə Sergey Lavrov Rusiya XIN rəhbəri olmayacaq.
Bu iddia barədə Kremlə yaxın bir sıra “Telegram” kanalları yazıb.
İddialara görə, gələn il XİN rəhbəri ya Rusiya prezidentinin xüsusi səfiri, Moldova danışıqları üzrə sabiq nümayəndə Dmitri Kozak, ya da Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narişkin ola bilər.
Xatırladaq ki, S. Lavrov 20 ildir ki, Rusiya xarici siyasət qurumuna rəhbərik edir. (Yenisabah)