• 28 Noyabr 2024 03:35

“Bayden və Şolts Zelenskini Rusiya ilə danışıqlara sövq etmək niyyətindədir” – “Bild” nəşri

“Zelenskinin özü tədricən, kənardan hər-hansı təlqin edilmədən, bundan sonra da belə davam edə bilməyəcəyini anlamalıdır…”

“ABŞ və Almaniya bu məqsədlə Ukraynanın əsas silah tədarükçüsü olaraq məhz bu təsir rıçaqlarından istifadə etmək niyyətindədir…”

ABŞ və Almaniya Kiyevə birbaşa diplomatik təsir göstərmədən Ukraynanı Rusiya ilə sülh danışıqlarına meylləndirmək strategiyasını düşünüb.

Bu barədə AFR hökumət dairələrindəki mənbələr “Bild” nəşrinə danışıb.

İddia edilir ki, müttəfiqlər Ukraynaya “danışıqlarda strateji sərfəli mövqe” təmin etmək, bununla da Kiyevi Moskva ilə özünün “suverenliyi və ərazi bütövlüyü” barəsində danışıqlara sövq etmək istəyir.

 

“Ağ ev və kanslerin dəftərxanası bu məsələni əlaqələndirir”, – bu, jurnalistlərə Almaniyanın hökumət dairələri tərəfindən bəyan edilib.

Bu zaman vurğulanır ki, Vaşinqton və Berlin Ukrayna prezidenti Vladimir Zelenskini danışıqlara başlamağın zəruriliyinə birbaşa inandırmaq niyyətində deyil.

Ukraynanın iki əsas silah tədarükçüsü olaraq ABŞ və Almaniya məhz bu təsir rıçaqından qarşıya qoyulan məqsədə nail olmaq üçün istifadə etmək qərarına gəlib.

Mənbələrin iddia etdiyinə görə, Ukrayna məhz elə silahlarla və elə miqdarda təmin ediləcək ki, Ukrayna Silahlı Qüvvələri cəbhədə yaranmış indiki vəziyyəti qoruyub saxlaya bilsin, lakin Rusiya tərəfindən işğal edilmiş əraziləri azad etmək imkanı olmasın.

“Zelenskinin tədricən özü, kənardan hər-hansı təlqin edilmədən bundan sonra da belə davam edə bilməyəcəyini anlamalıdır.

O, öz iradəsi ilə öz xalqına müraciət etməli və danışıqların zəruriliyini izah etməlidir”, – bunu Almaniya hökumətində insayderlərdən biri deyib.

Ukrayna Rusiya ilə danışıqlara sövq edilir

Son bir neçə həftə ərzində Qərb tərəfindən getdikcə daha çox siqnallar ötürülür ki, onları Ukraynanın Rusiya ilə danışıqlara sövq edəcək eyhamlar kimi təfsir ertmək olar.

Məsələn, bu yaxınlarda NATO-nun sabiq komandanı Ceyms Stavridis Ukraynaya müharibədən çıxmağın “Koreya ssenarisi”ni təklif edib, bunu “Torpaq əvəzinə sülh” adlandırıb.

Onun fikrincə, Ukrayna sülhü nə qədər tez əldə edəcəksə, onun bərpası daha tez başlayacaq və

ukraynalılar iqtisadi cəhətdən rusiyalıları qabaqlayacaq.

“Bloomberg” nəşri yazır ki, Qərbin Ukraynaya silah tədarükünün lənğiməsi həqiqətən Ukraynanı zəif mövqedən sülh danışıqlarına vadar edə bilər.

Lakin ən pis variantda işğalçı ordu USQ-nin müdafiəsini yara bilər, bu zaman Kremlin danışıqlar üçün ümumiyyətlə heç bir səbəbi olmayacaq.  (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər