• 23 Noyabr 2024 04:11

Şahramanyandan Rusiya sülhməramlıları ilə bağlı şok etiraf

Şahramanyandan Rusiya sülhməramlıları ilə bağlı şok etiraf

Qarabağdakı keçmiş separatçı rejimin “rəhbəri” Samvel Şahramanyan Ermənistan parlamentinin 44 günlük müharibənin şərtlərini araşdırmaq üzrə yaratdığı komissiyasının iclasında bir sıra sualları cavablandırıb.

Samvel Şahramanyan qondarma rejimin ləğv ediləcəyi barədə “fərman” imzalaması haqda danışıb.

Şahramanyan qondarma qurumun digər “rəhbər” şəxslərinin harada olmasına da aydınlıq gətirib. O, keçmiş “rəhbər”lərin bir qisminin Rusiya sülhməramlılarının qərargahında, digər “rəsmi”lərin isə Karen Sarkisyanın iqamətgahında olduğunu bildirib.

Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı da danışan Şahramanyan bildirib ki, bu, səhlənkarlıq nəticəsində baş verən hadisədir.

Samvel Şahramanyan bundan sonra Ermənistanda siyasətlə məşğul olmayacağını bildirib. (News24.az)

Tacxeber.com

Oxşar xəbərlər