• 23 Noyabr 2024 15:24

İngiltərə kralı ölən vətəndaşların əmlaklarını gizlicə ələ keçirib: 60 milyon… – “Guardian”

 

The Guardian” İngiltərə kralı Çarlz haqqında şok həqiqəti açıqlayıb.

Tacxeber.com “T24″ə istinadla xəbər verir ki, qəzet Çarlzın İngiltərənin şimal-qərbində yaşayan minlərlə insanın ölümündən qazanc götürdüyünü yazıb.

İddiaya görə, kral vəfat etmiş vətəndaşların əmlakını feodal üsulu ilə gizli şəkildə öz mirasına keçirib.

Kral Çarlz üçün böyük gəlirlər gətirən mübahisəli torpaq mülkü olan Lancaster Hersoqluğunun bu üsulla son illərdə on milyonlarla funt sterlinq topladığı bildirilir.

Feodal dövründən qalma bu sistemlə qohumu olmayan şəxs öldükdən sonra həmin şəxsə məxsus bütün var-dövlət knyazlıq tərəfindən müsadirə olunur.

Bildirilir ki, son 10 ildə kralın mirasına ən azı 60 milyon funt-sterlinq dəyərində aktivlər əlavə edilib.

Bu sistem vasitəsilə əldə edilən aktivlərdən gələn gəlirin xeyriyyə təşkilatlarına bağışlandığı da iddia edilir. Bununla belə, qəzet aktivlərin yalnız kiçik bir hissəsinin xeyriyyə məqsədləri üçün sərf olunduğunu yazıb.

Təhvil verilən əmlaklara şəhərdəki evlər, kənd və ya kurort zonalarındakı evlər, yanacaqdoldurma məntəqələri və müxtəlif kənd təsərrüfatı tikililəri daxildir.

“Guardian”ın əldə etdiyi hersoqluğun sənədlərində vəsaitlərin krala məxsus mülklərə gizli şəkildə necə maliyyələşdirildiyi aşkarlanıb.

Tacxeber.com

Oxşar xəbərlər