Çin Dəniz Qüvvələrinin (ÇDQ) baş polkovniki Tian Junli bildirib ki, ÇDQ qüvvələri Cənubi Çin dənizində (CÇD) ABŞ Hərbi Dəniz Qüvvələrinin idarə olunan raket esminesi USS Hopper-ə qarşı qabaqlayıcı tədbirlər görərək ərazidən uzaqlaşdıra biliblər.
Bu barədə Tacxeber.com Rusiyanın TASS informasiya agentliyinə istinadən xəbər verir.
Zabit izah edib ki, şənbə günü, noyabrın 25-də ABŞ esminesi “Hopper” Xişa arxipelaqında qanunsuz olaraq Çin ərazi sularına daxil olub.
Onun sözlərinə görə, Çin hakimiyyəti gəminin keçməsi üçün ABŞ-a icazə verməyib.
Baş polkovnik qeyd edib ki, ÇCD Cənub Döyüş Komandanlığı qanuna uyğun olaraq izləmə, müşahidə və xəbərdarlıq tədbirləri görüb.
Nəticədə ABŞ Çin hərbçiləri esminesni ölkənin ərazi sularını tərk etməyə “məcbur edib”.
Xatırladaq ki, Çin onilliklərdir ki, makroregion dövlətləri ilə Xişa arxipelaqı, Nanşa və Huanqyan adalarının (Skarboro rifi) ərazi mülkiyyəti ilə bağlı mübahisə edir.
Çinli mütəxəssislər, əlavə olaraq, süni adaların yaradılması, genişləndirilməsi və inkişafı üçün irimiqyaslı hidrotexniki və tikinti işləri aparırlar.