• 24 Noyabr 2024 16:24

Fatih Terim Azərbaycan millisinin baş məşqçisi olacaq?

Fatih Terim Azərbaycan millisinin baş məşqçisi olacaq?

Fatih Terim Azərbaycan millisinə təklif olundu Türkiyə yığmasının və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim Azərbaycan millisinə rəhbərlik edə bilər.

“FutbolPress”in məlumatına görə, 70 yaşlı mütəxəssis menecerlər vasitəsilə AFFA-ya təklif olunub. Qurum Terimin namizədliyini nəzərdən keçirir, ancaq qərar verməyə tələsmir.

AFFA-nın baş katibi Sərxan Hacıyev daha əvvəl açıqlamasında milliyə Azərbaycan mentalitetinə uyğun məşqçi gətirmək istədiklərini bildirib. AFFA İcraiyyə Komitəsi bu posta namizəd yerli və əcnəbi məşqçilərin siyahısını hazırladıqdan sonra yekun qərarı verəcək.

Terim 2022-ci ilin yanvarından işsizdir. Mütəxəssis 1999/2000 mövsümündə “Qalatasaray”la UEFA Kubokunu qazanıb. O, “sarı-qırmızılar”la 8 dəfə Super Liqada, 3 dəfə Türkiyə kubokunda, 4 dəfə də Türkiyə Superkubokunda qalib olub.

1993-1996, 2005-2009 və 2013-2017-ci illərdə ölkəsinin millisinə rəhbərlik edən Terim İtaliyada “Milan” və “Fiorentina”da da işləyib.

Tacxeber.com

Oxşar xəbərlər