Marsda görülən sirli yaşıl işıq – Bütün nəzəriyyələr dəyişə bilər Dünya Planet 27 Noyabr 2023 13:47 200 Belçikanın Lej Universitetinin elm adamları Marsın atmosferində qeydə alınan yaşıl parıltını araşdırırlar. Bu barədə “Nature Astronomy” elmi nəşri məlumat yayıb. Tədqiqatçılar deyirlər ki, bu kəşf qırmızı planetin qaz mantiyası haqda anlayışı dəyişə bilər. Parıltı avroraya (Yerdəki Şimal işıqlarına – red.) bənzəyir. Amma Marsın atmosferi nazikdir, böyük maqnit sahəsi yoxdur. Tədqiqatın müəlliflərinin fikrincə, parıltı planetin qaz təbəqəsinin yuxarı təbəqələrində toqquşaraq fotonlar buraxan oksigen atomlarının rekombinasiyasının nəticəsidir. Elm adamları gələcəkdə planetin atmosferinin yuxarı təbəqələrində oksigenin paylanması və sıxlığı, eləcə də onun Günəş enerjisi ilə qarşılıqlı əlaqəsinin xarakteri haqda yeni məlumatlar əldə etməyi planlaşdırırlar. Bu, Marsa gələcək insan missiyaları üçün planetin atmosferinin daha dəqiq modelini yaratmağa kömək edəcək. (Teleqraf) Tacxeber.com