• 23 Noyabr 2024 07:58

AFFA “İmperator”u millinin sükanı arxasına gətirməkdən imtina etdi.

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim Azərbaycan millisinin sükanı arxasına keçə bilməyəcək.

AFFA menecerlər vasitəsilə ona təklif olunan 70 yaşlı mütəxəssislə əməkdaşlığa maraq göstərməyib.

Buna səbəb “İmperator”un maliyyə şərtlərinin federasiyaya həddən artıq ağır gəlməsidir.

Belə ki, tanınmış çalışdırıcının illik 4-4,5 milyon avro civarında əməkhaqqı istədiyi, həmçinin özüylə bərabər gətirəcəyi köməkçilərə görə daha 2 milyon avro tələb etdiyi bildirilir.

Terim 2022-ci ilin yanvarından işsizdir. 1999/2000 mövsümündə “Qalatasaray”la UEFA Kubokunu qazanıb. “Sarı-qırmızılar”la 8 dəfə Super Liqada, 3 dəfə Türkiyə kubokunda, 4 dəfə də Türkiyə Superkubokunda qalib olub.

1993-1996, 2005-2009 və 2013-2017-ci illərdə ölkəsinin millisinə rəhbərlik edən Fatih Terim İtaliyada “Milan” və “Fiorentina”da da işləyib. (Sportinfo)

Tacxeber.com

Oxşar xəbərlər