Stress, nizamsız qidalanma, tərkibində kimyəvi maddələr olan kosmetik məhsullar və mövsüm dəyişikliyi kimi bir çox faktor saç tökülməsinə səbəb ola bilər. Həddən artıq saç tökülməsi hətta keçəlliyə səbəb olur. Ancaq ev şəraitində müntəzəm qulluq etməklə saç tökülməsi probleminin qarşısını almaq olar.
Tacxeber.com xəbər verir ki, bu gün dünyada 56 milyon insan saç tökülməsi problemi yaşayır. Mütəxəssislər gündə 50 ilə 100 arasında saç teli tökülməsinin normal olduğunu bildirirlər.
Araşdırmalar nəticəsində məlum olub ki, zibil kimi atdığımız qoz qabıqları zamanla köhnəlmiş və sürətlə nazikləşən başlayan saçlar üçün çox faydalıdır.
Mütəxəssislər qoz qabığının saç üçün hədsiz faydalı olduğunu iddia edirlər.
Qoz qabığının faydaları bunlardır:
– Kəpəyin qarşısını alır,
– Saç köklərini bərpa edir,
– Saçların tez ağarmasının qarşısını alır,
– Saç tökülməsini azaldır və saç köklərini gücləndirir,
– Saçları daha parlaq edir,
– Saçları nəmləndirir,
– Tüklərə təbii rəng verir.
Qoz qabığını saçlara necə tətbiq etmək olar?
Qazana 10-15 ədəd qoz qabığı qoyun və qoz qabıqlarını azca örtəcək qədər üzərinə su əlavə edin. Qabıqların ocaqda qaynamasını gözləyin. Qaynadıqdan sonra ocağı söndürüb alınan məhlulu soyudun. Daha sonra yaş saçlarınıza soyudulmuş qoz qabığı suyunu çəkin və ya butulkaya doldurun və sprey kimi saçlarınıza sıxın. Qarışımın saç köklərinə nüfuz etdiyinə əmin olun. Növbəti duşa qədər saçınızı yaxalamayın. Bu qarışım heç bir qoxuya və yağlılığa səbəb olmayacaq. Müntəzəm istifadə etdikdə qısa müddətdə saçlarınıza təsirini görəcəksiniz.