• 25 Noyabr 2024 01:19

Messinin münasibətdə olduğu deyilən idman jurnalisti kimdir? – ÖZÜ DANIŞDI

 

Leo Messi və həyat yoldaşı Antonellanın argentinalı ulduzun Sofiya Martineslə gizli münasibəti səbəbindən ayrılacaqları barədə xəbər vermişdik. 

Bəs bu şayiə harada peyda olub və Sofiya Martines kimdir?

Offsideplus.az xəbər verir ki, skandal iddialar noyabr ayında Braziliyanın “Direto Do Miolo” adlı jurnal tərəfindən irəli sürülüb. Maraqlı fakt isə budur ki, adıçəkilən jurnal əslində yoxdur. Bu məsələ ilə bağlı hətta Sesk Fabreqasın həyat yoldaşı sosial şəbəkə hesabında yazıb: “Uydurmadır, bu doğru deyil”.

Sofiya Martinesə gəlincə, əslən Argentinadan olan qadın tanınmış idman jurnalistidir. ESPN-lə əməkdaşlıq edən Sofiya, futbol üzrə ixtisaslaşıb və bəzi məşhur idman növlərini də işıqlandırır. Sofiya Çempionlar Liqası finalında, Qətərdəki dünya çempionatında, “Qızıl Top” mükafatı mərasimində iştirak edib.

Martines Messi də daxil olmaqla, bir çox Argentina millisinin futbolçularından müsahibə alıb. Yayılan iddialarla bağlı isə məşhur jurnalist bu açıqlamanı verib:
“Leonun bir çox jurnalistlə yaxşı münasibəti var. O, hər kəsə gülümsəyir, çünki Lionel pozitiv enerjiyə sahib biridir. Mənim məsələmə gəlincə, fərq bundadır ki, mən qadınam. Ona görə də insanlar elə şeylər deyib, yazırlar. Ünsiyyətimizin bu cür adlandırılmasına təəssüf edirəm. Hər bir argentinalı qadın kimi mən də Antonellaya heyranam. Onunla münasibətimiz yaxşıdır. Yazılanları oxuyanda buna inana bilmirdim”.

Xatırladaq ki, uşaqlıqdan bəri bir-birlərini sevib, daha sonra ailə həyatı quran Leo və Antonella 15 ildən çoxdur ki, birlikdədir. Cütlüyün 3 övladı var.

Tacxeber.com

Oxşar xəbərlər