• 25 Noyabr 2024 09:34

Vanqanın qorxunc 2024-cü il proqnozu – BAŞ VERƏCƏKLƏR

 

Türkiyənin “Yeniasır” qəzetinin qonağı olan yazıçı Bülent Erandaç Vanqanın 2024-cü il üçün proqnozlarını sadalayıb. 

Tacxeber.com həmin proqnazları təqdim edir:

1. Rusiya Prezidenti Vladimir Putinin öz ölkəsindən olan biri tərəfindən öldürülməyə çalışılacaq.

2. Avropada ekstremist terror (siyasətdə ifrat tədbirlər tərəfdarı) aktlarının artacağını iddia edib.

3. ABŞ-nin keçmiş Prezidenti Donald Tramp 2024-cü ildə müəmmalı xəstəliyə tutulacaq. Bu xəstəliyin nə olduğu və necə müalicə olunacağı məlum deyil. Vanqa Trampın xəstəliyinin onun psixi sağlamlığına da təsir edəcəyini iddia edib.

4. 2024-cü ildə qlobal iqtisadiyyatı sarsıdacaq böyük böhran olacaq. Vanqanın sözlərinə görə, bu böhrana borc səviyyəsi, geosiyasi gərginlik və iqtisadi gücün Qərbdən Şərqə keçməsi kimi amillər səbəb olacaq. Bu böhran bütün dünyada işsizlik, yoxsulluq və sosial narazılıq yarada bilər.

5. 2024-cü ildə xərçəngin müalicəsi tapılacaq. Vanqa xərçəngin kök hüceyrə terapiyası ilə müalicə oluna biləcəyini söyləyib. Bu müalicədə xərçəng hüceyrələrini məhv etmək və sağlam hüceyrələri bərpa etmək üçün kök hüceyrələrdən istifadə ediləcək.

Həmçinin professor Uğur Şahin xərçəng peyvəndinin 2030-cu ilə qədər icazə alacağını açıqlayıb.

6. Vanqa 2024-cü ildə kvant kompüterlərinin inkişafında əhəmiyyətli irəliləyişlərin olacağını proqnozlaşdırıb. Kvant kompüterləri adi kompüterlərdən çox daha sürətli və güclü olacaq. Kvant kompüterləri maliyyə, səhiyyə və kibertəhlükəsizlik kimi sektorlarda inqilab edə bilər.

7. Normal doğuşlar 2024-cü ildə sonlanacaq. Bunun əvəzinə doğuşlar laboratoriya şəraitində həyata keçiriləcək. Bu doğuşlar o deməkdir ki, körpənin xüsusiyyətləri genetik mühəndislik yolu ilə müəyyən edilə bilər. Bu inkişafın doğum nisbətinin ciddi şəkildə azalmasına səbəb olacaq.

8. Vanqa 2024-cü ildə Yer kürəsini böyük günəş qasırğasının vuracağını bildirib. Bu fırtına Yerin maqnit sahəsinə təsir edərək elektrik enerjisinin kəsilməsinə, rabitə problemlərinə və peyklərin zədələnməsinə səbəb ola bilər. O, həmçinin günəş fırtınasının beş il ərzində səmanı işıqlandıracağını iddia edib.

9. 2024-cü ildə dünyanın orbitinin dəyişəcəyi deyilib. Bu dəyişikliyin səbəbi və ya nəticəsi məlum deyil. Ancaq yerin orbitindəki ən kiçik dəyişiklik belə iqlim, mövsüm, qabarma və çəkilmə, cazibə kimi amillərə təsir edə bilər. Bu dəyişiklik təbii fəlakətlərə və yaşayış şəraitinə ziyan vura bilər.

10. Vanqa “neft əsrinin” 2024-cü ildə bitəcəyini söyləyib. O bu bəyanatı ilə neftin bərpa olunan enerji mənbələri ilə əvəzlənəcəyini nəzərdə tutub. Enerjinin ekoloji cəhətdən təmiz, ucuz və davamlı olacağı bəyan edilib.

11. Dənizlər qarışacaq. 2030-cu ilə qədər böyük bir dəniz müharibəsi ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər