• 24 Noyabr 2024 13:11

Niyaməddin Musayev: “Musa Musayevlə Təranə Qumrala böyük hörmətim var, həmişə də belə olub…”

 

Müğənni Musa Musayevin həyat yoldaşı Təranə Qumralla birgə qonaq olduğu ATV kanalında yayımlanan “7 tamam” verilişindəki çıxışı müzakirə yaradıb. O, əmisi, Xalq artisti Niyaməddin Musayev barəsində “Niyaməddin kimi əmi görməmişəm, ona canım qurban, evinə gedəcəyəm, hələ oturub nərd də oynayacağam” sözlərini deyib. Təranə Qumral isə həyat yoldaşının fikirlərinə dəstək çıxaraq “Niyaməddin Musayev Musanın əmisidir deyə yox, xalqın dəyərli, çox qiymətli sənətkarı olduğu üçün biz özümüz də onu sevirik, dinləyirik…” sözlərini deyib. Sosial şəbəkələrdə müzakirələr zamanı bildirilib ki, Niyaməddin Musayev illərdir, M.Musayevlə   küsülüdür, aralarında barışıq olmayıb.

Xalq artisti Niyaməddin Musayev Pravda.az-a açıqlamasında qardaşı oğlunun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

“Onların danışıqlarını eşitdim. Sağolsunlar, çox səmimi danışdılar. Mənim də onlara hörmətim var, həmişə də belə olub. Musaya dəstək olmuşam. Xahiş edirəm, çox suallar verməyin. Zənnimcə, bu fikrim bəs etdi…”, – N.Musayev deyib.

Tacxeber.com

Oxşar xəbərlər