• 23 Noyabr 2024 20:21

Araik, Bako və Arkadinin İrəvandakı Samvel Şahramanyanla əlaqə saxladığı iddia edildi…

“Sağlamlıqları haqda danışırlar. Deyirlər ki, onlara heç bir işgəncə verilmir, vəziyyətləri normaldır…”

 

Gorbagor(!) separatçı-terrorçu rejimin keçmiş və “indiki” yüksək rütbəli nümayəndələri guya həmin ləğv edilmiş xuntanın sonuncu üzdəniraq “prezidenti” Samvel Şahramanyanla müntəzəm əlaqə saxlayırlar.

Bu iddia ilə news.am-a açıqlamasında “artsax”ın İrəvana qaçmış qondarma “deputat”ı Davit Qalstyan çıxış edib .

“Məhkumlarımız mütəmadi olaraq yalnız ailələri ilə deyil, həm də artsax prezidenti(qondarma-S.L.) ilə əlaqə saxlayırlar. Sağlamlıqları haqda danışırlar. Deyirlər ki, onlara heç bir işgəncə verilmir, vəziyyətləri normaldır”, – deyə D.Qalstyan bildirib.

Erməni müxbirin “Məhbusların qaytarılması məsələsi hansı mərhələdədir” sualına üzdəniraq deputat belə cavab verib:

“Məhkumların qaytarılmasına gəlincə, mənə elə gəlir ki, danışıqlar aparılmalıdır, əgər həqiqətən belə bir danışıqlar varsa, o zaman bu, mütləq alqışlanır. Danışıqlar olmadan məhbusları geri qaytarmayacaqlar”.

D.Qalstyan “artsax”ın keçmiş “təhlükəsizlik şurası”nın katibi Samvel Babayanın Samvel Şahramanyanın guya Azərbaycan tərəfi ilə əlaqə saxlaması barədə bəyanatıyla bağlı isə belə deyib: “Samvel Babayan artsax prezidentini(qondarma-S.L.) bəzi əlaqələrdə ittiham etməkdənsə, öz əlaqələrini üzə çıxarsa, yaxşı olardı…” (Moserator)

Tacxeber.com

Oxşar xəbərlər