• 27 Noyabr 2024 06:28

Mən nazir olaraq nə edə bilərdim ki, müəllimə qızıl almasınlar?

 

“Məktəblərdə hansısa hədiyyələr və ad günləri üçün pul yığılması yanlışdır. Bunların hər biri ilə bağlı şikayət olduqda araşdırma aparılır”.

Tacxeber.com xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Nazirliyin nəzarət mexanizmi yalnız şikayət əsasında baş verib. 8 martdan əvvəl müraciət etdim ki, müəllimlərə hədiyyə verməyin! Valideynlər yenə də gətirib hədiyyə verdilər. Çünki hələ də valideynlərimizin bu davranışında dəyişiklik olmayıb.

Necə edə bilərik ki, insanlarımız yolu keçiddən keçsin. İnsanlara gəlib mütləq başa salmaq lazım deyil. Hər bir vətəndaşın yanına mütləq nəzarətçi qoyaq ki, yolu keçiddən keç?! O adamlar növbəyə necə dursun?! Bizim növbəyə durmaq problemimiz də var. Dövlət onun yanına da adam qoymalıdır ki?!

Siz inanırsınız ki, bizim sehrli çubuğumuz, nəzarət mexanizmimiz var və biz nəzarət etsək, artıq heç kim heç nə etməyəcək? Bu bir prosesdir, mərhələlidir.
Burada məsələnin utanmaq və ayıb tərəfi çox önəmlidir. Bunu edən müəllim də, valideyn də həqiqətən də ayıb hesab etməlidir. Nəzarət edəndə bu gizli yolla olur. Məni də düz başa düşün, biz də polis qurumu deyilik.

Əgər vətəndaş şikayəti varsa, bir hər bir halda ona baxırıq. Mən bu problemi danmıram, amma bundan hər iki tərəfin məmnun olduğu hallar var.

Yadınızdadırsa, ötən ilin yay ayında müəllimə qızıl hədiyyə olunması ilə bağlı video çıxmışdı. Mən nazir olaraq nə edə bilərdim ki, o hadisə baş verməsin? Müəllimə diqqət göstərməkdə ayıb heç nə yoxdur. Kimsə kiməsə açıqca, gül hədiyyə edə bilər, amma qızıl vermək ayıbdır. Cəmiyyət olaraq bunun ayıb olduğunu yekdilliklə qəbul edə bilmirik. Bu mədəni transformasiyadır və bir günə olmayacaq”.

Tacxeber.com

Oxşar xəbərlər