Fransada hökumət nümayəndələrinin telefonlarından “Telegram”, “WhatsApp” və “Signal” kimi mesajlaşma proqramlarını silmələri istənilib.
Bu barədə müvafiq nazirlik tərəfindən tapşırıq verilib.
Məxfi məlumatları ehtiva edən görüşlər üçün “təhlükəsizliyi gücləndirməyi” hədəfləyən göstərişdə hökumət üzvlərinin ən geci dekabrın 8-dək yerli “Olvid” mesajlaşma tətbiqini quraşdırmalı olduğu bildirilib.
Həmçinin “Olvid” tətbiqi Milli İnformasiya Sistemləri Təhlükəsizliyi Agentliyindən (ANSSI) “bir səviyyəli təhlükəsizlik sertifikatı almış yeganə proqramdır”.
Qeyd edək ki, “Olvid” proqram şirkəti 2019-cu ildə iki fransız kibertəhlükəsizlik mütəxəssisi tərəfindən yaradılıb. (Ölkə)