Toplum TV xəbər verir ki, bu gün Bakı Şəhər Baş Polis İdarəsinə ifadə üçün çağırılan jurnalist idarədən Xətai rayon Polis İdarəsinə aparılıb.
Nərgiz Absalamova da Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Bundan əvvəl “Abzas Media” internet nəşrinin direktoru Ülvi Həsənli və direktorun müavini Məhəmməd Kekalov noyabrın 20-də, nəşrin baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-də saxlanılıb. Bakının Xətai Rayon Məhkəməsi hər üç şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə ittiham olunan jurnalistlər özlərini təqsirli bilmirlər. Onlar həbslərinin peşəkar fəaliyyətləri, “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.