• 23 Noyabr 2024 20:26

Rusiyada “qatar yanğını” partlayış imiş

Rusiyanın şərqində strateji dəmir yolu tunelində hərəkət edən qatarda olan yanğın Ukrayna Təhlükəsizlik Xidmətinin işi olub. Sözügedən partlayış Ukrayna tərəfindən növbəti uğurlu xüsusi əməliyyatı kimi qiymətləndirilib.

Bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, yük qatarı hərəkətdə olarkən dörd partlayıcı qurğu işə salınıb.

Məlumata görə, partlayış Şərqi Sibir bölgəsində, Buryatiyanın “Bessolov Severomuyskiy” tunelində, “Baykal-Amur” dəmir yolunda baş verib.

Rusiya hadisəni yanğın kimi xarakterizə edib və Ukraynanın hücum iddiasını yalanlayıb. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər