• 23 Noyabr 2024 17:53

Zelenski istefa məsələsindən: “Bu, çox ədalətsiz və səhv olardı”

 

Konstitusiyasına əsasən müharibə Ukraynada 2024-cü ilin martına təyin edilmiş prezident seçkilərini qeyri-mümkün edir.

Tacxeber.com xəbər verir ki, bunu prezident Volodimir Zelenski AP-yə müsahibəsində deyib.

O, Ukraynada müharibə bitməmiş prezident postunu tərk edəcəyini heç cür təsəvvür edə bilmir: “Mən bunu təsəvvür belə edə bilmirəm. Bu, çox ədalətsiz və səhv olardı”.

Zelenski onu da deyib ki, seçki keçirməyə hazırdır, lakin ukraynalıların əksəriyyəti buna qarşıdır: “Çünki ölkədə müharibənin getdiyi bir vaxtda belə bir səsverməni təhlükəli və mənasız hesab edirlər”.

Tacxeber.com

Oxşar xəbərlər