• 24 Noyabr 2024 01:43

Ukrayna rus hərbçilərin “WhatsApp” yazışmalarını ələ keçirir

Cəbhədəki ruslar “WhatsApp” və SMS-dən istifadənin hədəf olmaq riskini artırdığından şikayətlənirlər. 

Bu barədə Amerikada Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri məlumat yayıb.

ISW yazır ki. Rusiya hərbçiləri tərəfindən göndərilən “WhatsApp” və digər mesajlar, sənədlər, danışıqların skrinşotları və media faylları da daxil olmaqla, hamısı Ukrayna tərəfindən ələ keçirilir.

Məlumata görə, ruslar irəliləyişin olmadığını gizlətmək üçün Avdeyevkadakı vəziyyət haqqında yalan danışırlar.

Müdafiə naziri Sergey Şoyqu isə Rusiya Silahlı Qüvvələrin mühüm uğurlara nail ola biləcəyi ilə bağlı gözləntiləri azaltmağa çalışır.  (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər