• 20 Sentyabr 2024 21:50

“Bakıdakı bəzi nazirlik və müəssisələrin Xankəndiyə köçürülməsi mümkündür”

“Bakıdakı bəzi nazirlik və müəssisələrin Xankəndiyə köçürülməsi mümkündür”.

Bu təkliflə Moderator.az-a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı çıxış edib. Millət vəkili qeyd edib ki, bu, paytaxtdakı sıxlığı aradan qaldırmaqla yanaşı, bölgələrin inkişafı baxımından da faydalı addım olar:

“Paytaxtdakı bəzi müəssisələrin Xankəndiyə köçürülməsi buradakı sıxlığı aradan qaldırmaqla yanaşı, bölgələrdəki həyatı daha da canlandırmaq baxımından səmərəli ola bilər. Hesab edirəm ki, bir sıra yeniliklər yanaşı, bu kimi addımları da nəzərdən keçirmək mümkündür.

Bu gün Xankəndidə yeni bir həyat mövcuddur. Əminəm ki, bu həyat qarşıdakı illərdə daha da canlanacaq. Sadəcə Xankəndi deyil, onun ətrafındakı kəndlərin də inkişaf etməsinə, bu kəndlərdə həyatın yenidən dirəlməsinə şahid olacağıq”.

Tacxeber.com

Oxşar xəbərlər