Oktyabrın 7-dən İsraillə HƏMAS arasında başlanan müharibə zamanı azı 61 jurnalist həlak olub.
Tacxeber.com xəbər verir ki, bu barədə Jurnalistlərin Müdafiə Komitəsi məlumat yayıb.
Dekabrın 1-nə olan məlumata görə, müharibə zamanı 54 fələstinli, 4 israilli və 3 livanlı jurnalist öldürülüb. 11 media işçisi yaralanıb, üç nəfər itkin düşüb. 19 jurnalist həbs edilib. Bundan əlavə olaraq jurnalistlərin hücumlara, təhdidlərə, kiberhücumlara, senzuralara məruz qalması və ailə üzvlərinin öldürülməsi faktları qeydə alınıb. Dekabrın 1-də “Əl-Əqsa” telekanalı və “Anadolu”nun əməkdaşları öldürülüb. Noyabrın 24-də atəşkəsin başladığı gün isə “Əl-Əqsa”nın jurnalisti öldürülüb.
İsrail Müdafiə Nazirliyi bunu digər faktlarla yanaşı, həm də HƏMAS-ın hərbi əməliyyatları jurnalistlərə və mülki şəxslərə yaxın həyata keçirməsi ilə izah edib.