• 23 Noyabr 2024 11:51

Təranə Qumralın qızı: Qayınanam az qalır oğlunu öldürsün – Video

Təranə Qumralın qızı: Qayınanam az qalır oğlunu öldürsün - Video

Müğənni Təranə Qumralın qızı Fidan “Günaydın, Azərbaycan!” verilişində ailəsindən söz açıb.  

Tacxeber.com Bizim.media-ya istinadla xəbər verir ki, o, bacısı Sevgimi dərsə apararkən gələcək əri ilə tanış olduğunu deyib:

“Bacım Sevgimi birinci sinifə məktəbə aparırdım. Hazırda Sevgim 11-ci sinifdə oxuyur. Ərim bacımın təhsil aldığı məktəbdə müəllim işləyir. Bir-birimizi elə məktəbdə görmüşük. Tanış olduq, sevdik, türklərin bir sözü var “yıldırım aşkı” oldu. Artıq 10 ildir ki, ailəliyəm.

Müğənninin qızı vurğulayıb ki, qayınanası onun “sağ əlidir”:

“Mən qayınanam, qayınatam və baldızlarımla bir evdə yaşayıram. Mənim üçün ərimin valideynləri ilə yaşamaq çox gözəldir. Başqaları haqda isə bunu deyə bilmərəm.

Qayınanam mənim sağ əlimdir. Mən qayınanamla rəfiqəyəm. Ərim Bakının Buzovna kəndindəndir. Gəlin gələndə mətbəxə girirdim ki, nəsə bişirim, o anda qayınanam gəlib söyləyirdi ki, mən hələ qocalmamışam ki, sən bura girəsən. Ərimlə  sözümüz çəp düşən kimi, qayınanam az qalır ki, oğlunu öldürsün”.

Tacxeber.com

Oxşar xəbərlər