• 23 Noyabr 2024 07:14

Şimali Koreyadan ABŞ-a: Bu, müharibə səbəbidir!

Pxenyan ABŞ-ın peyk əməliyyatlarına istənilən müdaxiləsini müharibə səbəbi kimi qiymətləndirəcək.

Bu barədə Şimali Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“ABŞ, suveren dövlətin ərazisini qeyri-qanuni və ədalətsiz şəkildə qabaqcıl texnologiyaları silahlandırmaq yolu ilə pozmağa cəhd edərsə, Şimali Koreya da adıçəkilən dövlətin casus peyklərinin effektivliyini pozmaq və ya məhv etmək üçün özünümüdafiə üçün cavab tədbirləri görməyi nəzərdən keçirəcək”, – məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreya lideri Kim Çen İn casus peyki vasitəsilə Cənubi Koreyada ABŞ bazalarının yerləşdiyi Seul və digər şəhərlərin fotolarını əldə etdiklərini açıqlamışdı.  (Axar)

Tacxeber.com

Oxşar xəbərlər