“Azərbaycanın Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev və digər generalların Ermənistanla sərhəddə yerləşən hərbi hissələrə gəlməsi diqqət çəkir”.
Tacxeber globalinfo-ya istinad xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının sabiq deputatı Tatevik Ayrapetyan yazıb.
O, dekabrın 2-də Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxslərinin Ermənistanla sərhəddəki hərbi hissələrdə olmasını təşvişlə qarşılayıb.
“Azərbaycanın fəaliyyət planına qarşı peşəkar diplomatiya tətbiq edilməlidir”, – Ayrapetyan sülh müzakirələrinin getdiyi bir vaxtda hansısa əməliyyatlara işarə edib.
Qeyd edək ki, rəsmi Bakı yeni hərb variantı olmadığını, sülh gündəliyinə sadiq qaldığını bir qədər əvvəl də bəyan edib.