Rusiya ordusunun daha bir generalı Ukraynada həlak olub.
Tacxeber.com TASS-a istinadla xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev öz Telegram kanalında yazıb.
O, Rusiya Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini, general-mayor Vladimir Zavadskinin Ukraynada həlak olduğunu bildirib:
“Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini general-mayor Vladimir Zavadski xüsusi əməliyyat zonasında döyüş postunda həlak olub… 2021-ci ilin avqust ayına qədər o, 4-cü tank diviziyasına komandirlik edib”.
Qusev Zavadskinin ailəsinə və yaxınlarına başsağlığı verib, həmçinin, əlavə edib ki, zabit öz borcuna sadiq olub və sona qədər vuruşub.