• 24 Noyabr 2024 03:31

“Slavyanka” suları bahalaşdı, alıcılar narazıdır…

 

Gədəbəydə istehsal olunan “Slavyanka” suları bahalaşıb.

Tacxeber.com xəbər verir ki, əvvəllər 4 manata satılan 19 litrlik bidon suyun qiyməti hazırda 4 manat 80 qəpikdir.

Suların bahalaşması “Slavyanka” alıcılarını narazı salıb. Sosial şəbəkələrdə bir neçə alıcı artıq sifarişlərdən imtina etdiklərini bildiriblər.

Alıcıların bir qismi isə ilkin alış zamanı 19 litrlik suya qoyulan 10 manat depozit məbləğinə etiraz edib.

Suların bahalaşması ilə bağlı narazılıqlara “Slavyanka”nın sosial şəbəkə hesabında heç bir mövqe bildirilməyib.

Tacxeber.com

Oxşar xəbərlər