• 23 Noyabr 2024 10:53

Tanınmış jurnalist dövlət qurumlarına OD PÜSKÜRDÜ: “Xidməti maşınınızdan düşmək üçün az qala…”

Dünən günorta saatlarında Xətai rayonu, 8 Noyabr prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaxınlıqda, yolun hər iki tərəfində yerüstü piyada keçidi olmasına baxmayaraq, piyadalar yolu onlar üçün nəzərdə tutulmayan hissədən keçiblər.

Sfera.az xəbər verir ki, jurnalist Əzizə İsmayılova bu durumdan narazılığını ifadə edib:

“Siz o piyada keçidini hadisə baş verən yerdən nə qədər aralıda görürsünüz? Videodan göründüyü qədər, yolun kənarında avtobus dayanacağı var. Dayanacaqda düşən adam – bunun yaşlısı var, uşağı var, gəzə biləni var, bilməyəni var, deyək ki, əlindəki yüklə, ya qucağında uşaqla, yolu keçmək üçün 500 metr gedib yerüstü keçidə çıxandı?”

Tanınmış jurnalist qəzaların və ölüm hallarının düzgün qurulmayan infrastrukturla bağlı olduğunu bildirib və aidiyyatı qurumları günahlandırıb:

“Ay bu infrastruktur layihələrini ölçən-biçən, imzalayan, tikən, təhvil alan gözəl insanlar, hər gün xidməti maşınınızdan düşmək üçün az qalır ki, binanın holunda qapını açdırasınız ki, birdən ayağınız hamının gəzdiyi asfalta dəyər. Bəs bu maşını olmayanlar adam deyil? Piyadanın stressiz, rahat yol keçmə haqqı yoxdur?

 

Adamın ağlı almır e. Hər gün eyni kameradan görürlər ki, uşaqlı-böyüklü hər kəs yolu kəsə keçmək üçün öz həyatını da, sürücünün həyatını da təhlükəyə atır. Anlayırlar ki, hər saniyə faciə ola bilər, amma heç bir tədbir görülmür. Əşşi ərazidə piyada keçidi var da. Çox gözəl bilirlər ki, ərazidə sayılan piyada keçidinin bu hissəyə heç bir xeyri yoxdur, ola da bilməz. Kimsə o qədər yol gedib keçidə qalxan deyil. Heç bir reaksiya vermirlər.

Nəhayət o an çatır, bu gün birini maşın vurub öldürür. Ölən də bədbəxt olur, vuran da və buyur, mövzu hazırdır. Başlanacaq “keçiddən keçmədi” deyə sürücü piyadanı ittiham etməyə, “sürəti yüksək idi” deyə piyada sürücünü. Heç dəyişməyən motiv, heç dəyişməyən “günahkar”lar.

Əsl səbəbkarlar da “siz savaşa biz tamaşa” deyib, heç nə olmamış kimi işlərinə qaldıqları yerdən davam edəcəklər.

Bu şəhərdə heç bir qəzada yol infrastrukturunun xətaları müzakirə olunmur. Nə olur olsun, 2 günahkar var: ölüb gedən piyada və tutulub gedən sürücü. Keçmə, ölmə! Vurma, öldürmə! Vəssalam, vağu tamam… “

Tacxeber.com

Oxşar xəbərlər