“Qızılcaya yoluxan şəxsdə zökəm əlamətləri- burunun tutulması, burun axması, gözün iltihablaşması, öskürək, eyni zamanda ağız boşluğunda selikli qişada ləkələr yaranmasıdır. Sonradan səpmə dövrü başlayır və yuxarıdan aşağıya doğru yayılır”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib. O bildirib ki, səpgilər qırmızı ləkəli olur və 3 gün davam edir:
“Səpgilər bitəndə xəstənin qızdırması düşür və ümumi əhvalı yaxşılaşmağa başlayır. Səpgilər bir müddət ləkə halında qalır, sonradan tam keçir. Öskürək isə təxminən 10-14 gün davam edə bilər.
Xəstəlik keçirəndən sonra şəxs davamlı immmunitet qazanır və təkrar xəstələnmə halına demək olar ki, rast gəlinmir. Təkrar bu xəstəliyə yoluxma nadir hallarda baş verə bilər”. (Ölkə)