AFFA Şenol Günəşlə danışıqlara başladı Cəmiyyət Gündəm İdman Qalmaqal 06 Dekabr 2023 19:48 178 Türkiyə millisinin və “Beşiktaş” klubunun sabiq baş məşqçisi Şenol Günəş Azərbaycan millisini çalışdıra bilər. Türkiyə mətbuatı xəbər verir ki, AFFA 71 yaşlı mütəxəssislə danışıqlara başlayıb. Türkiyəli məşqçinin son komandası “Beşiktaş” olub. O, bu il oktyabrın 6-da uğursuz nəticələrə görə istefaya göndərilib. Qeyd edək ki, Azərbaycan millisinə son olaraq Canni De Byazi başçılıq edib. İtaliyalı mütəxəssis noyabrın sonunda öz istəyi ilə yığmadan ayrılıb. Tacxeber.com