Gözlərinizin rəngi haqda heç düşünmüsünüzmü? Ətrafınızda 100 nəfər də olsa heç birinin gözü sizin gözünüz rəngdə olmayacaq. Ümumiyyətlə, dünyada heç kimin gözü sizin gözünüzlə eyni ola bilməz.
Bəs buna səbəb nədir? Bilmək istəyirsinizsə, bu maraqlı araşdırmanı sona kimi oxuyun!
Tacxeber.com xəbər verir ki, amerikalı elm adamları doğuşdan sonra uşaqların göz rənginin niyə dəyişdiyini və nə üçün bacı-qardaşların müxtəlif çalarlı gözlərə sahib olduğunu izah ediblər. Buna səbəb olan başlıca amil valideynlərdən miras qalan genlər toplusudur və bu, hər bir insan üçün unikaldır.
Klivlend Klinikasının genetik mütəxəssisi Blair Stevensın sözlərinə görə “Göz rəngi irisdəki melanin və ya piqmentin miqdarı, növü və paylanmasından asılıdır”. “Melanin istehsalı valideynlərimizdən miras aldığımız genlərlə müəyyən edilir”. Göz rəngi “poligenik” bir xüsusiyyət hesab olunur, yəni bir çox gen iştirak edir. Buna görə də bəzi genetik “kombinasiyalar” daha çox melanin istehsal edir, nəticədə göz rəngi daha tünd olur, digər genetik “birləşmələr” isə daha az melanin istehsal edir və nəticədə daha açıq göz rəngi əldə edilir.
Ekspertin sözlərinə görə, körpə doğulduqdan sonra melanin istehsalı davam edir. Yeni doğulmuş körpələrdə göz rənginin dəyişməsinin başlıcsa səbəbi bununla izah olunur.
Burada resessiv və dominant genlər həlledici rol oynayır. Stivensin sözlərinə görə, “resessiv” əlamətlər o zaman ortaya çıxır ki, körpə hər iki valideyndən resessiv geni miras alırsa, yalnız bir valideyndən miras qalan “dominant” xüsusiyyət digər valideyndən resessiv xüsusiyyəti ləğv edə bilər.
Niyə valideynlərdən birinin qəhvəyi, digərinin isə yaşıl gözləri olduğu halda, uşağın gözləri mavidir?
Araşdırmalara görə qəhvəyi göz rəngi mavi göz rəngindən üstündür, lakin hər birimizdə hər genin iki nüsxəsi var – hər bir valideyndən bir və bir çox gen göz rənginin müəyyən edilməsində iştirak edir. Bu tədqiqat nəticələri uşaqların valideynlərindən miras ala biləcəyi bir çox gen birləşməsinin olduğununun göstəricisidir.
Buna görə də bacı-qardaşların fərqli göz rənglərinə sahib ola bilməsi təəccüblü deyil. “Çünki bir insanın böyük miqdarda melanin istehsal edən müxtəlif genləri varsa, daha az melanin istehsal edən genlərə sahib olanlardan daha tünd göz, saç və dəri rənginə sahib ola bilər”.
Klivlend Klinikasının alimləri qeyd ediblər ki, göz rəngi müxtəlif çalarlarda ola bilər. Tədqiqatçıların fikrincə, hər dördüncü amerikalıdan biri mavi və ya boz rəngə malikdir. Qəhvəyi dünyada ən çox yayılmış göz rəngidir. Bu gün ABŞ-da insanların təxminən yarısı qəhvəyi gözlərə malikdir. Ancaq yaşıl ən az yayılmış göz rəngidir, Amerikalıların yalnız 9 faizində bu rəng var. Fındıq qəhvəyi və yaşıl rənglərin birləşməsidir və ABŞ əhalisinin 18 faizində rast gəlinir.