• 24 Noyabr 2024 11:42

Proses gedirdi, indi özünü göstərdi və… – ZƏLZƏLƏ AÇIQLAMASI

 

Bu ilin 4 iyulunda zəlzələ baş vermişdi. Bugünkü zəlzələ dərinlik qırılması boyunca baş verən prosesdir.

Tacxeber.com xəbər verir ki, bu sözləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli bu gün baş vermiş zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

“O vaxtlar da enerji boşalması tam getmədi. Afterşoklar hiss olunmadı. O vaxtdan sonra gərginlik davam edir və bu gün özünü göstərdi.

Zəlzələnin dərinliyindən çox şey asılıdır. Odəfəki və budəfəki zəlzələlərin dərinlikləri demək olar ki, eynidir.

Onda silkələnmə əhatəsi aha çox olur, nəinki yer üzərində baş verən təzahürü, dağıntıları.

Fevralda qardaş Türkiyədə baş verən zələlənin dərinliyi 5-7-10 km idi. 65-68 hara, 5-10 hara. Dərinlik az olanda dağıntı və tələfat da çox olur”.

Tacxeber.com

 

 

Oxşar xəbərlər