Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün səhər saatlarında baş verən zəlzələni heç özünün hiss etmədiyini bildirib.
Tacxeber.com Qafqazinfo-ya istinadla xəbər verir ki, o bu barədə bu gün keçirdiyi brifinqdə deyib.
Q. Yetirmişli əlavə edib ki, afterşoklar içərisində hiss olunanı ola bilər, amma qorxulu nəsə yoxdur: “Bu gün heç özüm də zəlzələni hiss etməmişəm. Regionda olan əməkdaş zəlzələnin olduğunu zəng edib dedi. Dərhal çilçırağa baxdım, amma heç nə hiss etmədim”.