• 23 Noyabr 2024 19:44

“Ya ABŞ Ukraynaya dəstək verəcək, ya da Putin qalib gələcək” – Ağ ev Konqresə ultimatum verdi

“Əgər Konqres tədbirlər görməzsə, ilin sonunadək Ukraynaya silah və teznika tədarükü üçün vəsaitlərimiz tükənəcək…”

“Ukrayna ilə İsrailə yardım paketləri üzrə sorğuların ayrılması Kiyev üçün ölümcül risk yarada bilər…”

Ukrayna cəbhəsində cansıxıcı vəziyyət fonunda Ağ evin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan kəskin bəyanatla çıxış edib.

Bu barədə Türkiyınin “Aydınlık Gazetesi” yazıb.

O, konqresmenlərin qarşısında seçim qoyub: ya onlar Kiyevin bundan sonra da maliyyələşdirilməsini təsdiq edəcək, ya da Moskva qalib gələcək.

Rusiya ilə Ukrayna arasında münaqişənin gedişi getdikcə aydınlaşmağa başlayır. Kiyevə ayrılan pullar tükənəndən sonra Ağ ev Konqresə birmənalı siqnal göndərib:

“Ya Ukraynaya lazım olan həyatı əhəmiyyətli dəstəyi davam edin, ya da Vladimir Putinin hərbi münaqişədə qələbəsini müşahidə edin”.

Ağ evin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan belə kəskin xəbərdarlıq edərkən Konqres üçün kritik məqamı vurğulayıb və bəyan edib:

“Konqres ya 50 ölkədən ibarət koalisiya çərçivəsində Ukraynanın azadlıq uğrunda mübarizəsinə dəstəyi davam etdirəcək, ya da bizim tarixdən götürdüyümüz ibrət dərslərinə etinasız yanaşaraq Putinə qalib gəlməyə imkan verəcək. Hər şey bu qədər sadədir”.

Sallivanın ultimatumu

Sallivan irəliyə gedərək Kiyevə dəstək verməyi istəməyən konqresmenlərə belə ultimatum verib: “Ya Ukraynaya həyatı əhəmiyyətli olan dəstəyi davam etdirin, ya da Vladimir Putinin hərbi münaqişədə qələbəsini müşahidə edin”.

Konqresə yönələn böyük diqqət

Ağ evin Büdcə İdarəsinin rəhbəri Şalanda Yanqın Konqresə göndərdiyi məktub analoji mənzərəni üzə çıxarır: “Əgər Konqres tədbirlər görməzsə, ilin sonunadək Ukraynaya silah və texnika tədarükü üçün vəsaitlərimiz tükənəcək. Bizim pullarımız qurtarır və zamanımız, demək olar ki, qalmayıb”.

Respublikaçılar müqavimət göstərir

Kiyev üçün 61 milyard dollar sorğu edilib. Senatda səsvermənin, sadəcə, formal olduğuna rəğmən, Nümayəndələr Palatasının qərarı müəmmalı olaraq qalmaqdadır. Respublikaçılar arasında Ukraynaya yardım paketi ilə bağlı yekdillik yoxdur, bu zaman bəziləri İsrailə dəstək üzrə ayrıca səsverməyə tərəfdardır.

Amerika mənbələrinə görə, Ukrayna və İsrailə yardım paketi sorğularının bir-birindən ayrılması Kiyev üçün “ölümcül risk yarada bilər”.

“Mən hesab edirəm ki, Ukraynanın maliyyələşdirilməsinə dəstək verməyən Konqresin hər bir üzvü Putinin qələbəsini asanlaşdıracaq nəticəyə səs verir, – Sallivan qeyd edib və əlavə edib ki, “Ukraynaya qarşı səs vermək Putinin strareji mövqeyinin yaxşılaşmasına səs verməkdir”.

Putinin Fars köfəzi regionuna səfəri

Vaşinqtonda siyasi münaqişənin davam etdiyi zaman Vladimir Putin xaricə diplomatik təmaslara üz tutub. Onun Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına səfərləri davam edən Ukrayna münaqişəsinin qızğın çağında qlobal alyanslarda mümkün dəyişikliklərdən xəbər verir.

Tacxeber.com

Oxşar xəbərlər