• 27 Noyabr 2024 07:09

Ancelina Coli sevənlərə pis xəbər: “Qabiliyyətimi itirmişəm”

 

Hollivud ulduzu Ancelina Coli sənəti tərk etməyi və hətta ölkəsindən getməyi düşünür.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, aktrisa bu barədə “WSJ” jurnalına müsahibəsində bildirib.

“Hollivud sağlam bir yer deyil. İndiki düşüncəmlə heç vaxt orada yaşamazdım. Ən qısa zamanda Asiyadakı evimə köçmək istəyirəm. Lakin bunun üçün Bred Pitlə (keçmiş əri) davam edən məhkəmə prosesinin tamamlanmasını gözləyirəm. Onunla olan hüquqi proses sərbəst səyahət etməyimə mane olur.

Mən yaşamaq və sərbəst səyahət etmək qabiliyyətimi itirmişəm”.

Coli həmçinin aktyor olan atası Con Voyt və karyerasını yarımçıq qoyan anası keçmiş aktrisa Marşelin Bertrandın orada yaşadığı üçün Hollivudda böyüməli olduğunu söyləyib.

Qeyd edək ki, aktirsa övladlığa götürdüyü böyük oğlu Maddoksun doğulduğu Kambocaya köçəcək. O bacardıqca Kambocada daha çox vaxt keçirməyi planlaşdırır.

Tacxeber.com

Oxşar xəbərlər