• 20 Sentyabr 2024 18:36

BBC aparıcısının efirdəki hərəkəti qalmaqal yaratdı – VİDEO

 

“BBC” xəbər aparıcısı Məryəm Moşirinin hərəkəti müzakirələrə səbəb olub. 

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, aparıcı kameranın onu çəkmədiyini düşünərkən orta barmaq işarəsi göstərib.

Canlı yayımda olduğunu son anda anlayan qadın dərhal əlini aşağı salaraq xəbəri ciddi şəkildə təqdim etməyə başlayıb.

Hadisə sosial şəbəkədə müzakirələrə səbəb olub.

Bəziləri aparıcını peşəkarlığının olmamasına görə tənqid edib. Bəzi istifadəçilər isə işlərindən bezdiklərini və onunla eyni hissləri yaşadıqlarını bildiriblər.

 

Oxşar xəbərlər