• 23 Noyabr 2024 23:07

Kadırovun oğlunu davaya çağırdı, sonra üzr istədi.

Noyabr ayında Çeçenistan rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adama meydan oxuyan Qazaxıstandan olan bloqqer Oljas Rahimjanov çeçen xalqından üzr istəyib.

Müvafiq video Telegram kanalları tərəfindən yayımlanıb.

“İnsanlar mənimlə əlaqə saxlayıb dedilər ki, bu çağırışla bütün çeçen xalqını təhqir etmişəm. Əgər təhqir etmişəmsə, çeçen xalqından üzr istəyirəm”, – deyən Rahimjanov özünün və ailəsinin təhdidlər almağa başladığını qeyd edib. Eyni zamanda blogeri hədələyən şəxslər onu əmin ediblər ki, polisə zəng etmək mənasızdır.

Qeyd edək ki, noyabrın əvvəlində Çeçenistan rəhbəri sosial şəbəkədəki səhifəsində oğlanlarının Xamzat Çimayevlə məşq videosunu nümayiş etdirib. O, idmançının oğullarının döyüş sənəti bacarıqlarını inkişaf etdirməsinə kömək etdiyini vurğulayıb.

Bu videonu şərh edən Rahimjanov Ramzan Kadırovun oğlula müraciət edib: “Gəl döyüş təşkil edək. Bu, Xamzat Çimayevlə məşq videosu deyil”.

Oljas Rahimjanov Kokshetau şəhərindən olan blogerdir. Kanalında o, motivasion videolar yerləşdirir, idman məşqlərindən danışır.

Tacxeber.com

Oxşar xəbərlər