Bəh-bəhlə içdiyiniz Kola ilə unikal təmizlik üsulları
Mütəxəssislər kolanın, ümumiyyətlə qazlı, turşulu içkilərin orqanizmə zərərlərindən çox danışıblar. Amma kolanın məişətdə çirkləri, ləkələri təmizləmək üçün rolunu qeyd etmək lazımdır.
Tacxeber.com sizə kola ilə nələri təmizləyə biləcəyinizin siyahısını təqdim edir:
Qədim metal pulları parıldadın
Sikkə kolleksiyası yığanlar yaxşı bilir ki, pullar qaldıqca tədricən rəngini dəyişir. Kolada olan fosforit turşusu pulları yenidən parlatacaq. Bunun üçün bir qaba kola töküb, pulları içinə atırsız.
Yanmış qazanları təmizləyin
Yanmış, dibinə yemək yapışmış qazanları kolada saxlayaraq, təmizləmək mümkündür.
Ləkələri təmizləyin
Parça, örtük üzərində olan qan, meyvə ləkəsi kimi çətin təmizlənən ləkələrin üzərinə kola tökün, asanlıqla ləkəni təmizləyəcək.
Eynəyinizi təmizləyin
Eynək üçün olan bezi kolaya batırıb eynəyi təmizləyin, daha sonra isə eynəyi yuyub-qurulayın.
Pas ləkələrini təmizləyin
Maşın akkumulyatorunda olan pas ləkələrini və ya metal üzərində olan pas ləkələrini kola ilə asanlıqla təmizləyə bilərsiniz.
Otaq bitkilərinin kökünü gücləndirin
Saxsı qaba bir az kola tökün, kola köpükləri torpağa hava verərək köklərin daha dərinə getməsinə və güclü olmasına səbəb olacaq.
Şəkilləri köhnəldin
Rəngli şəkilin üstünə azca kola damladıb, gözləyin, ağ-qara rəngdə şəkil alınacaq.
Saça yapışan saqqızdan xilas olun
Uzun saçı olanların qorxulu yuxusu saça saqqız yapışmasıdır. Son çarə bütün səylərə baxmayaraq saçı kəsməkdir. Ancaq kola turşusu saça zərər vermədən saqqızı asanlıqla çıxardır.
Hamamda ya da mətbəxdə kafellərin arasını təmizləyin
Kafel və metlax olan yerləri nə qədər təmiz saxlasanız da, aralarına mütləq çirk girir. Bunun üçün diş fırçasını kolaya batırın və sürtün. Kafel təmizlənəcəkdir.
Unitazda olan ləkələri də kola ilə təmizləmək mümkündür.
Qoxunu aparır