• 23 Noyabr 2024 14:31

Bu bitki can dərmanıdır, xəbərimiz yoxdur

 

Ağacların gövdəsində bitən yaşıl yosunları yəqin hamınız görmüsünüz. Sən demə, yosun can dərmanı imiş. Ümumiyyətlə, təbiətdə insan sağlamlığı üçün lazım olan çox şey var. Sadəcə biz bitkilərin dilini bilmirik.

Yosun güclü antibiotik xüsusiyyətə malikdir. Onu çirkləyən, iltihablı yaraların üzərinə qoyanda yaranın sürətlə sağalmasına təsir edir. Bundan əlavə, yosun qanın laxtalanmasına da kömək edir. Əgər bədəninizdə hər hansı bir nahiyə kəsiləndə qanı dayanmırsa, üzərinə yosun qoymaq kifayətdir.

Meşədə azmısınız və içməyə su tapmırsınızsa, yosun susuzluğu dəf etmək üçün əla vasitədir. Onun bir topasını əlinizə alıb sıxın və damlayan təmiz suyu için. Yosunun tərkibindəki su həm də şəfalıdır.(Lent.az)

Tacxeber.com

Oxşar xəbərlər