• 22 Sentyabr 2024 22:26

“Strateji dönüş”: Hindistan Putinin Yaxın Şərqə səfərindən heyrətə gəlib

“Qərbdə Kiyevə yardım məsələsində parçalanma genişlənir, bütün nəzərlər Yaxın Şərqə yönəlib…”

“Yaxın həftə və aylar Ukrayna münaqişəsinin müəyyən edilməsi və Putinin üstünlüyünün döyüş meydanında konkret nəticələr verəcəyində həlledici olacaq…”

Putinin Yaxın Şərqə səfəri Rusiyanın dünya meydanında inamını nümayiş etdirir.

Bu barədə “Times of İndia” nəşri yazıb.

Bu addım həmçinin Ukrayna münaqişəsində strateji dönüşü təcəssüm etdirir. Qərbdə Kiyevə yardım məsələsində parçalanma genişlənir, bütün nəzərlər isə Yaxın Şərq regionuna yönəlib.

Dörd rus qırıcısının müşayiətilə Putin dekabrın 6-da Yaxın Şərqə səfərə gəlib, səfər çərçivəsində neft, Qəzza bölgəsi və Ukrayna mövzularını Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla müzakirə edib.

Bu səfər Ukrayna münaqişəsində və dünya geosiyasətində dəyişən vəziyyəti göstərir, bu da Putinə yenilənmiş əminlik hissini nümayiş etdirməyə imkan verir.

Putinin Yaxın Şərq turnesi Qərbdə Ukraynaya dəstəklə bağlı ixtilafların əlamətləri üzə çıxan məqamda baş verir.

Eyni zamanda Rusiyanın daxilində enerjidaşıyıcılarından gəlirlərin artması və müxalifətin ram edilməsi nəzərə çarpır.

Bu meyllər və ABŞ-da Ukraynaya yardım məsələsində mübahisəli siyasi vəziyyət davam edən münaqişə və onun qlobal nəticələri ətrafında mürəkkəb mənzərə yaradır.

 

Putinin dəqiq hesablanmış gedişi

Vladimir Putinin Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına səfəri dünyanın, xüsusilə ABŞ və Qərbin bütün nəzərlərinin İsrail ilə HƏMAS arasında münaqişəyə yönəldiyi ilə əlaqədar olaraq diqqətinin yayındığı bir zamanda baş tutub. Ona görə də bu səfər Qərbin diqqətinin Yaxın Şərqə yönəldiyini nəzərə almaqla çox dəqiq hesablanıb.

Bu arada isə Ukrayna son zamanlar ABŞ-dan hərbi yardım və silah tədarükündə problemlərlə üzləşib. ABŞ-da yaranmış siyasi dalan Ukraynaya Rusiyanın “xüsusi hərbi əməliyyat”ına müqavimətində son dərəcə vacib olan bu yardım axınını əngəlləyib. Bu dalan Qərbin Ukraynaya dəstəyinin ümumiyyətlə dayanıqlı olduğu məsələsini önə çıxarır.

Qərbin diqqətinin digər problemlərə yayınması şəraitində Putinin özünəinamı artır.

Hazırda Qərbin diqqətinin Ukraynadan yayındığı bir vaxtda Putinin əminliyi artmaqdadır. Onun Fars körfəzi regionuna səfəri, Ukraynada müharibə başlanandan Rusiya prezidentinin keçmiş Sovet İttifaqının hüdudlarından kənara etdiyi üçüncü olan bu səfər Rusiyanın özünü beynəlxalq aləmdən təcrid edilməsini tanımaqdan imtina etməsinin nümayişində cəsarətli addım kimi dəyərləndirmək olar. Eyni zamanda bu səfər Rusiyanın Ukrayna ilə münaqişəsində üstünlük qazandığına əminliyi anlamına gəlir.

OPEK amili

Bu səfər həmçinin Rusiyanın həlledici rol oynadığı OPEK+ təşkilatında mühüm hadisələrlə üst-üstə düşüb. Təşkilatın neft hasilatının azaldılmasının uzadılması və artırılması qərarı vacib müzakirə mövzusu olub, bu da Rusiyanın dünya neft bazarında həlledici yerini göstərir.

Ukrayna münaqişəsi üçün mümkün nəticələr

Putinin addımları göstərir ki, o, dünyanın diqqətinin Ukraynadan yayınması və Qərbdə bununla bağlı siyasi parçalanmadan faydalanmaq imkanını görmək iqtidarındadır.

Ukraynanın Qərb yardımının alınmasınds meydana çıxan çətinliklər, Qərbin diqqətinin İsrail-HƏMAS münaqişəsinə yönəlməsi və Vaşinqtondakı siyasi dalab kimi amillərin kombinasiyası Putin tərəfindən davam edən Ukrayna münaqişəsində vəziyyətin Rusiyanın xeyrinə dəyişməsi kimi qəbul edilə bilər.

Qarşıda qeyri-müəyyən perspektivlər var

Buna baxmayaraq, vəziyyət dayanıqlı deyil. Putinin əminliyinin göz önündə olmasına rəğmən, Ukrayna münaqişəsinin nəticəsi qeyri-müəyyən olaraq qalır.

Münaqişənin gedişində çoxsaylı dəyişikliklər baş verib, Qərbin yardımında problemlərə baxmayaraq, bu yardım tam kəsilməyib.

Yaxın həftə və aylar münaqişənin müəyyən edilməsi və Putinin üstünlüyünün döyüş meydanında konkret nəticələr verəcəyində həlledici olacaq. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər