• 24 Noyabr 2024 05:24

“Bilirdim ki, Tanrı mənim dünya çempionu olmağımı istəyir”

“Bilirdim ki, Tanrı mənim dünya çempionu olmağımı istəyir”

“Bu, ən arzu olunan hadisədir. Hər kəsin müəyyən arzuları var, amma əsas olan öz komandanla dünya çempionu olmaqdır”. 

Tacxeber.com xəbər verir ki, bu sözləri Argentina millisinin kapitanı Lionel Messi deyib.

O, ESPN-ə açıqlamasında qeyd edib ki, dünya çempionu olacağına əvvəldən inanıb:“Barselona” ilə həm klub səviyyəsində, həm də fərdi səviyyədə hər şeyi qazanmaq mənə qismət oldu. Çatışmayan ancaq dünya kuboku idi. Çox az futbolçu deyə bilər ki, hər şeyə nail olub. Tanrıya şükür, mən də onlardan biriyəm. Səylər, fədakarlıqlar, zəhmət sayəsində sonda hədəflərinizə çatırsınız.

Yol çətin ola bilər, amma arzuların uğrunda mübarizəni davam etdirməlisən. Bir neçə il əvvəl dünya çempionu olacağıma əmin idim. Bu, Braziliyada keçirilən finalda məğlubiyyətdən əvvəl olub. Sonra belə oldu. Mən bilirdim ki, Tanrı mənim dünya çempionu olmağımı istəyir”.

Xatırladaq ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının finalında argentinalılar Fransa millisinə qalib gəlib. Messi turnirin ən yaxşı oyunçusu seçilib. O, həmin yarışda 7 qol vurub.

Tacxeber.com

Oxşar xəbərlər