Türkiyə zəlzələlər zamanı ən çox tələfatla üzləşən üçüncü ölkədir.
Bunu yaponiyalı inşaat mühəndisi, memar və zəlzələ eksperti Yoşinori Morivaki Türkiyədə tələbələrlə keçirdiyi görüşdə deyib.
O bildirib ki, fevralın 6-da episentri Qəhrəmanmaraşda baş verən zəlzələni heç kim unutmamalıdır:
“Artıq zəlzələlərlə bağlı reallıqları qəbul etməliyik. Əvvəllər “Konyada zəlzələ olmur” deyirdilər. İndi isə olur. Türkiyənin də Yaponiya kimi zəlzələ xəritəsi qırmızıdır. “Allah qorusun, zəlzələ olmasın” deyil, “Zəlzələdə dağıntı az olsun” deməliyik. Hamımız birlikdə tədbir görməli və yeraltı təkanlara hazır olmalıyıq. Zəlzələ ilə bağlı ehtiyat tədbirləri gördükdə, itkilər 70 faiz az olur. Bu çox vacib rəqəm deyilmi? Niyə bunu etmirik? Bir gün zəlzələ olacaq, buna hazır olmalıyıq. Əhməd Mete İşıkaranın dediyi kimi, “Zəlzələ öldürməz, bina öldürər”. Bunu unutmamalıyıq”. (Axar)