• 24 Noyabr 2024 01:59

ABŞ prezidenti Baydenin oğlu: Məni öldürməyə çalışırlar

ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden federal prokurorun müxtəlif ittihamlar səsləndirməsindən sonra qatıldığı proqramda “Məni öldürməyə çalışırlar” deyib.

 “The Hill”  xəbər verir ki, Hanter Bayden “vergidən yayınma, sənədləri saxtalaşdırmaq və vergi bəyan etməmək” kimi 9 ittiham irəli sürüldükdən sonra Mobi adlı musiqiçinin “Moby Pod” adlı verilişində qonaq qismində dəyərləndirmələr aparıb.

“Atamın bu ağrıya dözə bilməyəcəyini bildikləri üçün məni öldürməyə çalışırlar. Bu yolla onu vəzifəsindən uzaqlaşdırmağa çalışırlar”,- deyə o bildirib.

Edilənlərin onunla əlaqəli olmadığını anladığını vurğulayan Hanter Bayden, “Mən başa düşdüm ki, bu insanlar çox güman ki, yaşadıqları travmalar nəticəsində pis olmağa qərar verən xəstə insanlardır” deyib.

Niyə özünü daha çox müdafiə etmədiyini soruşduqda, Hanter Bayden bunun yalnız “yanğını alovlandıracağını” ifadə edib və “Mən bunun sona çatacağına ümid etməyi dayandırdım, çünki atam ABŞ prezidenti olduğu müddətdə onlar dayanmayacaqlar”, deyə cavablayıb. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər