• 23 Sentyabr 2024 01:27

Türkiyədə ac ayılar yeni məzarlara HÜCUM ETDİLƏR

Türkiyənin şimalındakı Ağlı bölgəsində ayılar qış yuxusuna gedə bilməyiblər və düzgün qidalanmadıqları üçün təzə basdırılmış məzarları qazmağa başlayıblar .

Tacxeber.com xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.

Qeyd edilib ki, 2014-cü ildə də Kastamonun Ağlı və Kyure rayonlarında ayı qəbirdən cəsəd oğurlayıb. 2017-ci ildə Seydiler rayonunda ayıların qəbirlərdən meyitlər qazması böyük panikaya səbəb olub.

Yerli sakinlər qəbirləri tikanlı məftillərlə bükərək, əhənglə örtməklə heyvanların qarşısını almağa çalışırlar.

Bərəkətli kəndi və ətraf kəndlərdə ayılar 7 qəbir açmağa cəhd ediblər. Kənd sakinlərinin diqqəti sayəsində onlar ərazidən çıxarılıb, qazılmış qəbirlər lazımi vəziyyətə gətirilib.

Kənd sakinləri ayı hücumlarının tezliyindən qorxduqlarını bildiriblər.

Tacxeber.com

Oxşar xəbərlər